Yığmamız Çernoqoriyaya da qalib gəlib, lider oldu
5 iyun 2016 00:25

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Çernoqoriyada təşkil olunan Avropa Liqasında ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz ikinci turda turnirə ev sahibliyi edən Çernoqoriya yığması ilə qarşılaşıb.
Görüş Faiq Qarayevin yetirmələrinin qələbəsi ilə başa çatıb - 3:0.
Xatırladaq ki, ilk turda millimiz eyni hesabla Fransaya qalib gəlmişdi.
Bu gün baş tutacaq üçüncü turda voleybolçularımızı İspaniya ilə görüş gözləyir.
Azərbaycan – Çernoqoriya 3:0 (25:21, 25:23, 25:20, 25:22)
Turnir cədvəli: Azərbaycan - 6 xal (partiya fərqi 6-0), Çernoqoriya - 3 (3-3), İspaniya - 2 (3-5), Fransa - 1 (2-6)