Zoran Qayiç Telekomda qalacaq
2 may 2016 18:00
Voleybol klublarımızda durğunluq davam edir. Azerisport.az xəbər verir ki, maddi problemlərdən əziyyət çəkən Super Liqa təmsilçilərindən “Telekom”un durumu nisbətən sabitdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyələşdirdiyi klub son mövsümdə ciddi maddi sıxıntılardan əziyyət çəksə də, indi vəziyyət yaxşılaşıb. Rəhbərlik yenə Zoran Qayiçlə yola davam etməyi planlaşdırır. Gümüş medal qazanan klub Çempionlar Liqasında oynamaq hüququndan istifadə edəcək. Ancaq heyətin gücləndirilməsi sual altındadır. “Lokomotiv” əcnəbi voleybolçulara olan borclarını ödəyə bilməsə, Avropa Voleybol Konfederasiyası (CEV) bütün klublarımıza transfer qadağası qoyulacaq.