Millimizin İran və Türkiyə səfərləri böhrana görə ləğv olundu
28 aprel 2016 12:40
Kişilərdən ibarət voleybol yığmamız Avropa çempionatının seçmə mərhələsinə İqtisad Universitetinin idman zalında hazırlaşır. Azerisport.az xəbər verir ki, gündə bir dəfə məşq edən millimizin əsas problemi oyun praktikasının çatışmazlığıdır.
Aprelin əvvəllərində Gürcüstanda 2 yoxlama oyunu keçirən Fərid Cəlalovun komandası maliyyə problemləri üzündən başqa ölkələrdə toplanış keçə bilməyib. İkinci devalvasiyadan sonra Voleybol Federasiyası Baltikyanı ölkələr, Türkiyə və İrana səfərlər ləğv olunub. Bu azmış kimi, təcrübəli oyunçulardan Yevgeni Kovalenko yığma karyerasını başa vurub.
Qeyd edək ki, ilk təsnifat mərhələsinin 1-ci qrupunun oyunları mayın 19-21-də Tbilisidə keçiriləcək. Voleybolçularımız Gürcüstan, İsveç və İsveçrəylə qarşılaşacaq.