Yığmamızın oyunlarını hansı hakimlər idarə edəcək?
İyunun 3-də startı veriləcək voleybol üzrə Avropa Liqasının qrup mərhələsinin hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, qadınlardan ibarət yığmamızın 6 oyununda 7 ölkədən olan hakimlər ədaləti qoruyacaq.
1-ci dövrə
3 iyun
19:00 AZƏRBAYCAN – Fransa
Hakimlər: Çavdar Marev (Bolqarıstan), Miryana Qaliç (Bosniya və Hersoqovina)
4 iyun
22:00 AZƏRBAYCAN – Çernoqoriya
Hakimlər: Mixael Yanoş (Avstriya), Çavdar Marev (Bolqarıstan)
5 iyun
19:00 İspaniya – AZƏRBAYCAN
Hakimlər: Alina Felisia Sukiu (Rumıniya), Mixael Yanoş (Avstriya)
2-ci dövrə
10 iyun
17:00 Çernoqoriya – AZƏRBAYCAN
Hakimlər: Benedikt Geukes (Almaniya), Rakel Portela (Portuqaliya)
11 iyun
18:00 AZƏRBAYCAN – İspaniya
Hakimlər: Pol Herbots (Belçika), Benedikt Geukes (Almaniya)
12 iyun
21:00 AZƏRBAYCAN - Fransa
Hakimlər: Benedikt Geukes (Almaniya), Pol Herbots (Belçika)
Xatırladaq ki, ilk dövrə Çernoqoriyada, ikinci dövrə Fransada baş tutacaq. İkinci dövrənin oyunları Renn şəhərinin 2142 nəfərlik “Kolette-Besson” İdman Sarayında keçiriləcək. Ancaq ilk dövrənin matçlarının hansı məkanda baş tutacağı hələ bəlli deyil.