Lokomotiv İtaliyaya yola düşdü
6 oktyabr 2015 16:00
Yeni sezonda ölkəmizi Çempionlar Liqasında təmsil edən "Lokomotiv" hazırlıq mərhələsinin ikinci hissəsini İtaliyanın Bolonya şəhərində sürdürür. Azerisport.az xəbər verir ki, komanda tam heyətlə İtaliyaya yollanıb.
8 gün sürəcək toplanışda komanda İtaliyanın adlı-sanlı klublarından "Pyaçentsa", "Modena", "San Casciano" və "Bisonte Florense" klublarıyla yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar.
Ayin 11-də vətənə dönəcək "dəmiryolçular" iki günlük istirahətdən sonra təlim-məşq toplanışının üçüncü mərhələsi üçün Türkiyənin paytaxtı İstanbula yola düşəcəklər.