"Azərbaycan çempionu olmaq istəyirik"
9 aprel 2015 12:30
"Lokomotiv" voleybol klubunun baş məşqçisi Bülənt Karslıoğlu komandasının ilk dəfə Azərbaycan çempionatının finalına yüksəlməsi barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox sevinirik. "Lokomotiv" ilk dəfə finala çıxdı və bununla Çempionlar Liqasında mübarizə aparmaq imkanı qazandı. Rəqib güclü komanda idi. Sadəcə, biz ikinci görüşdə olan səhvləri təkrarlamadıq. İkinci görüşdə komanda pis oynadı. Bu gün isə finala layiq olduğumuzu göstərdik. Açıq deyim ki, Azərbaycan çempionu olmaq istəyirik. "Rabitə"ylə matç daha çətin və məsuliyyətli olacaq. Biz ona hazır olmalıyıq. Voleybolçulardan bu görüşə görə razıyam. Finalda nə olacağını deyə bilmərəm".