"Bakıda maşın sürməyə qorxuram"
Adı: Yevangelia Çantava
Ölkə: Yunanıstan
Doğum tarixi: 26.10.1990
Boyu: 186 sm
Klublar: «Olimpiakos» (Yunanıstan 2009/11), «Terre Veridane Fontanellato» (İtaliya 2011/12), «Karsiyaka İzmir» (Tükiyə 2012/13), «F.O. Vrilissia» (Yunanıstan 2013/14)
Voleybolu unikal edən komanda ruhudur!
Voleybol oynamağa 7 yaşında başlamışam. Mənim gələcək planlarım xarici komandalarda oynamağı davam etdirməkdir. Mən legioner kimi yaxşı karyera qurmaq fikrindəyəm. Təbii ki, Milli komandanın tərkibində əlimdən gələni edirəm. Amma bu başqa şeydir. Əsl Eva kimi, mən xarici klublarda oynamaq istəyirəm.
Ailəmin ilk övladıyam. Doğulmağımdan əvvəl atam hər zaman deyirdi ki, onun ilk övladı voleybol oynayacaq. Beləliklə, mən doğulan günü, atam məni görən kimi qucaqlayıb dedi: “Bu mənim voleybolçumdur!”. Bu, atamın arzusu olub. Beləliklə mən döğma şəhərimdə voleybol oynamağa başlamışam. Gələcəkdə isə balaca uşaqlara məşqçilik etmək istərdim.
Voleybolun unikallığı nədir? Mənim üçün voleybolu unikal edən onun komanda ruhudur. Voleybol oynayanda nə isə qeyri-adi bir şey baş verir. Digər idman növlərində buna rast gəlmək olmur.
Güclü və zəif tərəfləriniz hansılardır? Güclü cəhətim odur ki, özümə çox inanıram. Çox səbirli və zəhmətkeşəm. Zəif tərəfim isə həddindən artıq həssas olmağımdır. Voleybolda belə olmaq maneəçilik törədir. Voleybolda sərt olmaq lazımdır. Bu zəif cəhəti özümdə dəyişməyə çalışıram.
Bacarsaydınız hansı qaydanı dəyişərdiz? Taym-autların sayını azaldardım. Və servis zamanı top tora dəyərsə, topu ikinci dəfə oyuna daxil etmə imkanı.
Uğurunuzu necə müəyyən edirsiniz? Sadəcə çalışıram ki, həmişə və hər bir halda olduğum kimi olum. Və qarşıma qoyduğum məqsədlərə nail olanda özümü çox uğurlu hesab edirəm.
Oynadığınız digər komandalardan “Lokomotiv” nə ilə fərqlənir? “Lokomotiv” digər komandalardan ən əsas onunla fərqlənir ki, klubun rəhbərliyi komandaya çox yaxındır. İndiyə kimi oynadığım klubların heç birində belə yaxşı rəhbərliyə rast gəlməmişəm. Bu, oyunçulara özlərini daha sərbəst hiss etməyə və yaxşı oynamağa imkan yaradır.
"Burada məni ən təəcübləndirən sürücülərin avomobili idarə etmələridir. Bakıda maşın sürməyə qorxuram".
Fanatlar sizin haqqınızda nələri bilməlidirlər? Deyə bilərəm ki, mən çox nəzakətliyəm. Peşəkar voleybol oynamağa başlayandan mən bir azca olsa da dəyişməmişəm. Mən daim mübarizə aparıram və heç vaxt təslim olmuram. Hətta ən çətin vəziyyətlərdə belə. Çünki uğursuz olmağı xoşlamıram.
İnsanlarda hansı xüsusiyyət sizdə güclü təəssürat yaradır? İnsanların tavazökarlığı məndə həqiqətən xoş təəssürat yarada bilər. Hətta söhbət güclü insanlardan gedirsə belə. Təvəzökarlıq insanın yaraşığıdır.
Loko fanatlar? Bizim fanatlar möhtəşəmdir. Onlar bizi dəstəkləmək üçün hər zaman oyunlarımızı izləyirlər. Bizim uğurumuz oyunçulardan, rəhbərlikdən, fanatardan ibarətdir. Biz bir-birimizə çox yaxınıq və buna görə uğur həmişə bizim tərəfimizdə olacaq.