Azərbaycan Xorvatiyaya qalib gəldi
5 oktyabr 2014 11:20
Voleybol üzrə dünya çempionatında ikinci qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bu turda Xorvatiya ilə qarşılaşıb.
Millimiz bu matçdan qələbə ilə ayrılmağı bacarıb.
Dünya çempionatı
Xorvatiya - Azərbaycan 1:3 (25:23, 23:25, 13:25, 23:25)
Xatırladaq ki, millimiz bu mərhələdəki əvvəlki oyunlarını İtaliya (1:3) və Dominikan Respublikasına (1:3) qarşı keçirimişdi.
E qrupundakı son durum: Çin - 14 xal (set fərqi 15-2), İtaliya - 13 (14-5), Dominikan Respublikası - 11 (15-9), Yaponiya - 8 (12-12), Xorvatiya - 5 (8-13), Belçika - 5 (6-12), Almaniya - 3 (7-15), Azərbaycan - 2 (5-14).