Azərbaycan Dominikan Respublikasına da uduzdu
2 oktyabr 2014 21:50
Voleybol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da bu gün növbəti matçına çıxıb.
Komandamız Dominikan Respublikası ilə üz-üzə gəlib. Təəssüf ki, millimiz İtaliyanın ardınca bu görüşdə də uduzub.
Dünya çempionatı
E qrupu
2 oktyabr
Dominikan Respublikası - Azərbaycan 3:1 (23:25, 25:11, 25:21, 25:17)