Azərbaycan Belçika ilə bacarmadı
İtaliyada keçirilən voleybol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, DÇ-də mübarizə aparan Azərbaycan voleybolçuları bu gün növbəti matça çıxıb.
Qızlarımızın rəqibi Belçika yığmasıydı. Komandamız qalib gəlsə, liderlər qrupundakı mövqeyini yaxşılaşdıra bilərdi. Lakin təəssüf ki, belçikalılar daha üstün oyun sərgiləyərək, yığmamıza set vermədən qalib gəliblər.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Yaponiyaya qalib gəlib (3:2), Çinə 0:3 hesabıyla uduzub, Puerto-Rikanı 3:2 hesabıyla üstələyib.
Dünya çemionatı
D qrupu
27 sentyabr
Belçika - Azərbaycan 3:0 (25:21, 25:12, 25:21)
20:10. Yaponiya - Puerto-Riko
23:00. Çin - Kuba
Qrupdakı vəziyyət: Çin - 9 xal (set fərqi 9-0), Yaponiya - 7 (8-4), Belçika - 6 (4 matç, 7-6), Azərbaycan - 4 (4 matç, 6-10), Puerto-Riko - 4 (5-6), Kuba - 0 (0-9).