Azərbaycan Puerto Rikoya qalib gəldi
25 sentyabr 2014 16:00
İtaliyada təşkil olunan voleybol üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bu gün növbəti matçına çıxıb.
Komandamız DÇ-nin üçüncü oyun günündə Puerto Rika ilə qarşılaşıb. Qızlarımız bu oyunda çətinliklə də olsa, qələbə qazana biliblər.
Xatırladaq ki, Azərbaycan yığması ilk matçında Yaponiyaya qalib gəlsə də (3:2), ardından Çinə uduzub (0:3).
Dünya Çempionatı
D qrupu
25 sentyabr
Puerto Riko - Azərbaycan 2:3 (20:25, 26:24, 24:26, 25:16, 15:17)
Qrupun digər oyunları
20:10. Kuba - Yaponiya
23:00. Belçika - Çin
Qrupdakı vəziyyət: Çin - 6 xal, Azərbaycan - 4, Yaponiya - 4, Puerto Riko - 4, Belçika - 3, Kuba - 0.