Azərbaycan voleybol üzrə Avro-2017-ni keçirə bilər
31 may 2014 14:14

Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer azerisport.az saytına açıqlamasında Bakıda keçirilən qadın voleybolçuların Avropa Çempionatının təşkilini yüksək qiymətləndirib:
"Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan millisinin çıxışı da yaxşıdır. Voleybolçularınız final mərhələsinə yüksək səviyyədə hazırlaşıb. Bakıda voleybol ab-havası hər zaman olub. Bu, məni sevindirir. Səfərimdə əsas məqsəd, Avropa Oyunları ilə bağlı müzakirələr aparmaqdır. 2015-ci ildə keçiriləcək mötəbər turnir həm Azərbaycan, həm də Avropa üçün çox vacibdir. Voleybolun oyunların proqramına daxil edilməsi idmanın bu növünün təbliğinə və turnirə olan marağın artmasına kömək olacaq".
Andre Meyer yaxın aylarda Bakıda voleybol üzrə beynəlxalq yarışın keçiriləcəyini dedi. Bu turnir Avropa Oyunlarına test xarakteri daşıyacaq: "Hazırda müzakirələr gedir. Çimərlik voleybolu və qadın voleybolçular arasında test xarakterli yarışların olması vacibdir. Bu turnirdə Avropanın bir neçə ölkəsinin iştirakı gözlənilir. Fikrimcə, Avropa Oyunlarında voleybol yarışlarında problem olmaması üçün turnirlərin keçirilməsi mütləqdir. Biz texniki məsələləri həll etməliyik".
2017-ci ildə Bakıda qadınlar arasında Avropa çempionatını qəbul edə bilər. Bu açıqlamanı da Meyer verdi: "Bakı 2017-ci ildə qadınlar arasında Avropa çempionatını qəbul etmək istəyir. Azərbaycan Voleybol Federasiyası iddiasını açıqlayıb. Biz bunu normal qəbul etmişik. Çünki, Bakı hər zaman yüksək təşkilatçılıqla fərqlənib. Qitə birinciliyini Azərbaycan Gürcüstanla birgə keçirmək fikrindədir. Digər namizədlər haqda danışmaq istəməzdim. Amma Azərbaycan Gürcüstanla birgə ən iddialı namizəddir. Rəqibləriniz sizinlə mübarizəyə hazır olmalıdır. Ölkəniz yüksək standartlara cavab yarış keçirməkdə peşəkardır".