Birinci Divizionda noyabrın ən yaxşı qolu seçilir

Peşəkar Futbol Liqası Birinci Divizionda noyabr ayının ən yaxşı qolunu müəyyənləşdirir. Azerisport.az xəbər verir ki, ötən ay ərzində Birinci Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək.
Ay ərzində vurulan ən yaxşı 5 qola azarkeşlər Peşəkar Futbol Liqasının rəsmi saytında səs verə bilərlər.
Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar.
Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Hər iki tərəfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.
Sorğu 9 dekabradək qüvvədə olacaq.