Jonas Pessalli: Bu, bütün kollektivin qələbəsidir
5 noyabr 2016 22:30

"Neftçi”nin futbolçusu Jonas Pessalli "İnter” üzərində qələbədən sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, ilk qolun müəllifi "Neftçi TV"-yə açıqlamasında bunları deyib:
"Nəinki bu həftə, gəldiyim gündən komanda olaraq gərgin hazırlıq keçirik. Düşünürəm ki, vacib qələbə idi. Bu, komandanın, məşqçi heyətinin və bütün kollektivin qələbəsidir. Hamını təbrik edirəm. Şadam ki, 90 dəqiqə meydanda oldum və oyunda fərqlənə bildim. İnanıram ki, növbəti oyunlarda bu mənə özünəinam baxımından kömək olacaq”.