Məhərrəmov: Regionlardakı cüdo yarışları gənc hakimlər üçün də önəmlidir
30 oktyabr 2016 11:30

Cüdo üzrə region yarışları bu həftə də davam edib. Azerisport.az xəbər verir ki, Qəbələdə təşkil olunan "Şimal bölgəsi" turnirində 150-ə yaxın yeniyetmə cüdoçu mübarizə aparıb.
Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov Qəbələdə keçirilən yarış və məşqçilər üçün seminar barədə "Cüdo TV"yə danışıb.