Rostislav Pevtsov movsümə Abu-Dabidə start verəcək
17 fevral 2015 13:00
Azərbaycanın triatlon üzrə yığması mövsümü Abu-Dabidə başlayacaq. Azerisport.az xəbər verir ki, məhz orada martın 6-7-də triatlon üzrə Dünya Seriyasının ilk mərhələsi keçiriləcək.
Ölkəmizi Rostoslav Pevtsov təmsil edəcək.
Maraqlıdır ki, beynəlxalq yarışlar arasında ən mötəbərlilərdən hesab olunan bu turnir ilk dəfədir ki, təşkil Abu-Dabidə olunacaq. Ümumilikdə Dünya Seriyasının 9 mərhələ nəzərdə tutulur. Yarışmanın final mərhələsi isə Birləşmiş Ştatların Çikaqo şəhərində keçiriləcək.