Azər Məhərrəmov: Avropa Oyunlarının başlanğıcında triatlon idmansevərlərin maraq dairəsinin mərkəzində olacaq
Cari mövsüm Azərbaycanda triatlonun vəziyyəti üçün çox mühüm olacaq. Azerisport.az xəbər verir ki, əsas start burada, sözsüz ki, Bakıda keçiriləcək Avropa Oyunları olacaq ki, bu yarışmalara da çox ciddi hazırlıq görülür. Burada idmançılara drayv verən əsas səbəb də odur ki, Avropa Oyunlarında, Rioda keçiriləcək Olimpiadaya ilk vəsiqələr oynanılacaq. Yenicə start götürən ilə dair proqnozları və planları ilə Azərbaycanın Triatlon Federasiyasının (ATF) icraçı direktoru Azər Məhərrəmov bölüşüb.
- Avropa Oyunlarının başlanmasına az vaxt qalır. Buna rəğmən, artıq indidən iddia etmək olarmı ki, triatlona dair bütün məsələlər həm həll edilib, həm də Avropa Triatlon Şurası, eyni zamanda Azərbaycanın Gənclər və İdman nazirliyilə razılaşdırılıb?
- Bildiyiniz kimi, bütün yarışların təşkililə bilavasitə Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) məşğul olur. Bura həm də triatlona cavabdeh olan mütəxəxssislər daxildir. Biz demək olar ki, hər gün triatlon turnirinin texniki tərəflərinin təşkilinə cavabdeh olan insanlarla əlaqədə oluruq. Onlar, triatlon yarışlarının keçirilməsinə dair işlərin bütün aspektlərinin 2015-ci ilin iyununadək əhatə edən dövrünə dair iş planını hazırlayıblar. Bura isə, demək olar ki, hər şey daxildir – yarışların məkanından tutmuş, tamaşaçılar üçün tribunalar və idmançılar üçün tranzit zonalara qədər sxem. Təbii ki, BEGOC bu işi bizim iştirakəmızla həyata keçirir, özü də ən yüksək səviyyədə. Bu hazırlıq isə faktiki bütün Olimpiadalara hazırlıq səviyyəsindədir. Bütün məsələlər isə Gənclər və İdman nazirliyilə razılaşdırılır və mərjələli şəkildə həll olunur.
- Ötən ilin sonunda Beynəlxalq Triatlon Şurasının dəstəyilə Bakıda rəsmi təmsilçilər üçün seminar keçirildi. Yəqin ki, yaxın vaxtlarda bunun davamı da olacaq. Bununla əlaqədar maraqlıdır, Avropa Oyunlarında triatlon yarışlarında iştirak edəcək komanda nə dərəcədə formalaşdırılıb?
- Doğrudan da, ötəm il BEGOC-un təşəbbüsü ilə Bakı-2015 könüllülərinin, texniki və administrativ personalın, Azərbaycan Triatlon Federasiyasının, gənclərdən ibarət komanda üzvləri və məşqçi ştabının iştirakilə ilk belə seminar təşkil olundu. Bu, AvroOyunlar zamanı triatlona görə cavabdeh olan hər bir şəxs üçün bu səpgidə təşkil edilmiş ilk belə seminar idi. Bu, çox vacibdir, çünki Azırbaycanda bu idman növünə dair hansısa tarix, təcrübə, əldə edilmiş təcrübə hələ ki, heç nə yoxdur. Ona görə də, Avropa Oyunlarında triatlon yarışlarına istənilən dərəcədə cəlb ediləcək şəxslər bilməlidirlər bu dissiplin əslində necədir və onun xüsusiyyətləri nədən ibarətdir. Məsələn, götürək könüllüləri. Onlara çoxlu suallar veriləcək, qarşılarına tələblər qoyulacaq, elə vəziyyətlərə düşəcəklər ki, bu vəziyyətlərdə vaxtında və dəqiq addım atmalı olacaqlar. Təsəvvür edək ki, triatlon yarışlarını izləməyi nəzərdə tutan insan tam dolğun məlumat əldə etməlidir – idmançılar harada su distansiyasını keçəcəklər, harada suya girib hansı tərəfdən çıxacaqlar, tranzit zonaya necə keçib velodistansiyanın qət edilməsinə başlayacaqlar və hansə məkandan, haradan onlar qaçışa başlayacaqlar. Sözsüz ki, bundan baş çıxarmayan tamaşaçı konüllüləri sorğu-suala tutacaqlar, onlardan soruşacaqlar. Yeri gəlmişkən, triatlon yarışları Bilgəh qəsəbəsindəki “Amburan Resort”un kompakt bir ərazisində keçiriləcək. Bütün sadalananları nəzərə alaraq bu seminarların vacibliyi özünü qabarıq şəkildə biruzə verir. Bu, könüllülərə də, texniki personala da, trenerlərə və əsas iştirakçılara da çox vacibdir.
- Bakı-2015 ərəfəsində yoxlama mahiyyəti daşıyan hər hansı bir yarışların keçirilməsi nəzərdə tutulurmu?
- Azərbaycan Triatlon Federasiyası, Gənclər və İdman nazirliyinin dəstəyilə bir sıra tədbir hazırlayır. Məsələn, fevralın sonu-martın əvvlində hərbçilər arasında akvatlon üzrə açıq cempionati keçirilməsi nəzərdə tutulur. Özündə üzgüçülük və qaçışı ehtiva edən bu idman növü triatlonun ayrılmaq hissələrindəndir. Bu yarışda nəinki Azərbaycan hərbçilərinin, habelə milli yığma üzvləri və xaricdən qonaqların da iştirakı gözlənilir. Mən burada ilk növbədə qardaş Türkiyənin Triatlon Federasiyasını nəzərdə tuturam. Onların komandası çox güclüdür. Bu, müvafiq ranqda ilk belə beynəlxalq start olacaq. Yəqin sual yarana bilər ki, niyə məhz akvatlon? Sadəcə, burada bir faktı nəzərə almaq lazımdır ki, bizim vaxtımız tam az qalır. Bu turnir Avropa Oyunları ərəfəsində bizə təcrübə, bilik və bacarıq toplamaq baxımından çox mühümdür. Özü də bura biz BEGOC nümayəndələri və könüllüləri də cəlb etmək niyyətindəyik.
- Proqrama əsasən, triatlon demək olar ki, AvroOyunları açacaq. Şəxsən Sizin üçün bu, nə dərəcədə həyəcan verir?
- Biz çox xoşbəxtik ki, təmsil etdiyimiz idman növünə Bakı-2015-də belə önəmli yer ayrılıb. Bizim komanda, Oyunların açılış mərasimindən sonrakı iki gün ərzində çıxış edəcək. Bu prizmadan yanaşılsa tam əminliklə demək olar ki, triatlon idmansevərlərin maraq dairəsinin mərkəzində olacaq və mən ümidvaram ki, tamaşaçıların əksəriyyəti triatlon yarışlarına gələcəklər. Düzdü, bu, həyəcanverici məqamdır, amma digər tərəfdən bu, millimiz üçün sırf psixoloji baxımdan həm də böyük təzyiqdir. Yəni AvroOyunların artıq ilk günlərində biz nəticələri gözləyəcəyik. Bütün bunlar bizi bu yarışmalara daha ciddi hazırlaşmağa vadar edir.
- Azərbaycanın triatlon yıöması Avropa Oyunlarından hansı nəticələri gözləyə bilər? Axı, bizdə bu idman növü hələ ilk addımlarını atmaqdadır necə deyərlər...
- Bir az uzaqdan başlayım. Bizim məqsədimiz çox qısa və sadədir – triatlonun ölkədə gənclər arasında, müxtəlif şəhər və bölgələrdə inkişaf etməsi, sevilməsi üçün əlimizdən gələni eləmək. Bu böyük məqsədə doğru ən önəmli yol da Bakı Avropa Oyunlarıdır. Bu yarışlara veriləcək qiymət nə vaxtsa tarixə düşəcək, bu, çox böyük bir anlayışdır, onun əhəmiyyətini və nə qədər vacib olduğunu biz indi anlaya bilmərik. Bununla belə növbəti etap olaraq bizim üçün Riodakı Olimpiada böyük əhəmiyyət kəsb edir. Əlbəttə, lisenziya qazansaydıq xoşbəxt olardıq. Bütün gizli məqamları, sirləri mən indidən açmaq istəməzdim, amma biz Olimpiadaya heç olmasa bir vəsiqə qazanmağı nəzərimizdə tutmuşuq. Daha bir məqsdimiz – dünya triatlon ierarxiyasında layiqli yer tutmaqdır ki, burada da əsas məsuliyyət birinci və gənclərdən ibarət yığmaların üzərinə düşür. Məsələn, Azərbaycan yığmasının idmançısı Rostislav Pevtsov dünya reytinqində 34-cü pillədədir. Lakin bu fakt bizi ruhdan salmır, əksinə, daha da irəliləmək, reytinqdə mövqeləri bərkitmək və ilk iyirmiliyə daxil olmaq üçün əzmkarlığımızı daha da artırır. Biz çox gözəl anlayırıq ki, Bakıya yaxşıların yaxşıları gələcək və qarşımıza qoyulan ən çətin vəzifə - medal qazanmaqdır. Anlayırıq ki, indi bu, bir qədər qeyri-realdır, indi əsas layiqli çıxış etməkdir. Pretenziyalarımız çoxdur, real vəziyyəti də çox gözəl anlayırıq. Sadəcə əziyyət çəkmək və üzərimizdə işləməyimiz lazımdır. Bütün bunlarla yanaşə nəzərimizdə Tokioda 2020-ci ildə keçiriləcək Olimpiadanı tutmuşuq ki, bu yarışlarda iştirak vəsiqəsini qazanmaq üçün həmin ərəfədə artıq indiki gənclərdən ibarət komandanın üzvləri səy göstərəcəklər. Onlar çox inadkardılar, zəhmətkeşdilər, bir mox mötəbər beynəlxalq yarışlarda özlərini göstərməyi və haradasa hətta təəccübləndirməyi də bacarıblar. Bu idmançılarımız məşqlərini Şağandakı Olimpiya Kompleksi bazasında keçirirlər.
- Yeri gəlmişkən, beynəlxalq təqvim planına baxanda, proqram həmişəki kimi çox sıxdır. Buna rəğmən, AvroOyunları da nəzərə alaraq komandanın bu mövsüm üçün strategiyası əsasən nədən ibarət olacaq?
- Bu işin bütün peşəkar aspektlərini biz, başda Sergey Yatsenko olmaqla, trener ştabına həvalə etmişik. Hazırlıq planı artəq təsdiqlənib və yüz faiz Avropa Oyunlarından irəli gələn işlərə rəğmən qurulub. Sözsüz ki, başlıca məqsəd Bakıda layiqli çıxış etməkdir. Buna görə də bütün hazırlıq startlarından maksimum faydalanmaq, onlardan səmərəli istifadə eləmək və yüksək hazırlıq göstərməkdir, o da nəzərə alınsa ki, Bakıya yaxşıların yaxşıları gələcəklər. Bu komandalara, o cümlədən də məşqçi və idmançı heyətinə Avropanın böyük triatlon ailəsi tərəfindən maraq daha yüksəkdir.
- Yığma artıq başlayıbmı mövsümə hazırlaşmağa?
- Bəli, özü də çox fəal. Əvvəlcə idmançılar baş məşqçi Sergey Yatsenkonun rəhbərliyilə Yaltada məşq ediblər, bir neçə gün əvvəl isə Larnakaya yola düşüblər. Kipr triatlon üzrə təlim-məşq toplanışları və startlari ilə məşhurdur. Bura çoxlu sayda komanda və adlı-sanlı idmançılar gəlir. Hər şey kifayət qədər yaxşı keçir və ümidvarəq ki, mövsümün elə başlanğıcından yığmamız özünü göstərməyi bacaracaq. Əgər ötən mövsümə nəzər salsaq komandamıza “4” qiyməti vermək olar. Biz ilk beynəlxalq medallar əldə etmişik. Bu, bizim bu günə olan fəxr mənbəyimizdir.
- Yanvarın sonunda Böyük Britaniyada Avropanın Triatlon Federasiyaları rəhbərlərinin ənənəvi konfransı keçiriləcək. Bu forum çərçivəsində Bakı-2015-in təqdimatı olacaqmı?
- Sözsüz. Əslində bu prezentasiya hələ ötən il Frankfurt forumunda baş tutmuşdu ki, burada da əsas aksenti biz yarışmanın idman nöqteyi-nəzərdən vacibliyinə və ümumilikdə Avropa Oyunları ilə tanışlıq xarakterli məlumatlara yönəltmişdik. Böyük Britaniyada isə təqdimat “Welcome to Baku” mövzusunda olacaq. Burada bir məqsəd var – Avropa Oyunlarını daha geniş idman ictimaiyyəti üçün daha da cəlbedici etmək. Bunun da sayəsində burada güclülərin güclüləri olacaq. Bizdə olan məlumata görə, Bakıya dünya triatlonunun bütün elitası təşrif buyuracaq, çünki həm də buradakı start Olimpiadaya vəsiqələr baxımından çox böyük pnəm daşıyacaq. İdmandan başqa, bu şəxslər özləri üçün Bakını kəşf etmək niyyətindədir, bizim tarixi və görməli abidələrimizi ziyarət etmək, muzeylərə getmək, milli mətbəx incilərindən dadmaq və sair. Bütün bunlar qarşıdan gələn Avropa Oyunlarının ayrılmaq hissəsidir ki, bu oyunları da, masştabına görə, əksər mütəxəssislər artıq indidən Olimpiada ilə müqayisə edirlər.