Fotoreportaj|Video|На русском

Topaz

Qanunsuz mərc oyunlarına ciddi zərbə

7 noyabr 2016 14:17
Dövlət yerli və xarici onlayn totalizatorlara qarşı mübarizə elan etdi.
Azərbaycanda uzun illərdir kazino və qumarxanaların fəaliyyəti qadağan olunub, idman mərc oyunları sahəsində isə rəsmi operator olan “Topaz” işləyir. Buna baxmayaraq, müntəzəm olaraq Bakıda və regionlarda gizli oyun yerləri aşkarlanır.
Hətta bəzən belə yerlərə zirzəmilərdəki kafelərdə deyil, sanballı məkanlarda da rast gəlinir. Təkcə bu ilin may ayında Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili halları aşkar edilib. 
Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, protokollar tərtib edilib və məhkəmələrə göndərilib. Məlum olub ki, bu yerlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmur. Belə ki, 257 vergi ödəyicisi üzrə dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib.
Bu, yalnız bir vergi nəzarəti halında aşkarlanan faktlardır. Qeyd olunduğu kimi, qanunsuz fəaliyyət və uduşlara dövlət təminatının olmaması oyunçulara uduşların verilməməsinə də yol açır. İnsanların bədbəxt olması ilə yanaşı, həm də onlayn totalizator və “qara bazar”da dövr edən pullar büdcədən kənarda qalır. Bu isə indiki qəliz iqtisadi durumda büdcəyə dəstək ola bilərdi. 
Təəssüf ki, gizli qumarxanalarla yanaşı, insanlarımız onlayn totalizatorlarda da oynayıb, külli miqdarda pullar uduzurlar. Əksəriyyət daha yüksək əmsallarla oynayıb, çox pul qazanmaq arzusu ilə qeyri-qanuni saytlara üz tutur.
Təxmini hesablamalara görə, azərbaycanlılar virtual məkanlarda milyonlarla dollar uduzurlar. Azərbaycanlıların xarici totalizatorlara meyillənməsinin artıq təhlükəli həddə gəlib çatması haqqında dəfələrlə xəbərdarlıqlar səslənib. 
İndiyədək bu qanunsuz əməllərin qarşısının alınması imkanları yox idi. Qanunsuz mərc oyunları keçirən adamları uzaqbaşı cərimələyib buraxırdılar, o da bir müddət sonra yenidən fəaliyyətini bərpa edirdi. Siyasətçilər və ictimai xadimlər dəfələrlə həyəcan təbili çalaraq, dövləti bu sahədə ciddi tədbirlər görməyə çağırırdı. 
Artıq bu çağırışlara rəğmən konkret addımlar atılıb. Bu günlərdə Azərbaycan prezidentinin imzaladığı “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərman vəziyyəti kökündən dəyişəcək.
Çünki sənəddə qanunsuz idman mərc oyunlarına qarşı tədbirlər gücləndirilib, tələblər sərtləşdirilib. Həmçinin Azəbaycanda qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində polis və nazirliklərə yeni səlahiyyətlər verilib. 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün.
Daxili İşlər və Vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.
Bu isə o deməkdir ki, ölkədə qanunsuz totalizatorlarla mübarizəyə polis də qoşulur. Beləliklə, bu fərmanın tətbiqi ölkədə oyun industriyasının “qara bazar”ına son qoymuş olacaq. 
Qeyd edək ki, bəzi dövlətlərdə oxşar praktika çoxdan tətbiq edilir. Hətta məhz leqal mərc oyunlarından gələn gəlir hesabına idman inkişaf etdirilir. Beynəlxalq Olimpiya Komitəsinin qiymətləndirməsinə görə, idman mərc oyunları ilə bağlı “qara bazar”ın illik dövriyyəsi 140 milyard dollara çatır.  
Məsələ ilə bağlı rəsmi araşdırma aparan “İnterpol” da bu sferada böyük pulların dövr etdiyini təsdiqləyib. Bu yaxınlarda Fransada da qanunsuz totalizatorlar qadağan edilib. 
Beynəlxalq Olimpiya Komitəsi hesab edir ki, dövlətlərin bu mübarizəyə qarışması, hətta qanunsuz totalizatorlarla bağlı transmilli şəbəkənin yaradılması vacibdir. Çünki bəzən bu oyunlar idmanda korrupsiyaya yol açır.
Axı sirr deyil ki, totalizatorlarda iri məbləğdə mərc gələnlər bəzi idmançılarla danışıb, razılaşdırılmış oyunlar təşkil edirlər. Bu isə artıq mütəşəkkil cinayətkarlıq deməkdir və ona qarşı ümumi mübarizə aparmaq lazımdır. 
İdman şərəfli bir məşğuliyyətdir. Lakin qanunsuz mərc oyunları idman üçün dopinqdən də betər təhlükəyə çevrilir. Ciddi bəlalarla üzləşməmək üçün azartlı vətəndaşlarımızı yalnız rəsmi, icazə verilən yerlərdə oynamağa dəvət edirik. Burada hər kəsin uduşunu alacağına, həm də vergisini ödəyib, dövlətə kömək olacağına zəmanət var.

Другие новости этого раздела

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı09 noyabr«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?08 oktyabr«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun05 oktyabr«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!03 oktyabr«Qara Bazara» son zərbə22 sentyabrBakı sakini Topazda 250 000 manat uddu10 yanvarKubok oyunlarının favoritləri açıqlandı13 dekabrTopaz Qarabağın heç-heçə etməsinə daha çox inanır06 dekabrŞimali İrlandiya millimizlə matçın favoritidir11 noyabrTopaz şəbəkəsini genişləndirir17 iyunTopaz da Qarabağı şanslı sayır25 mayBakılı sürücü Topazda 809 515 manat uddu10 fevralQəbələ Qarabağla İnterdən daha şanslıdır05 avqustTopaz klublarımızın ilk oyun üçün şanslarını dəyərləndirdi28 iyulQarabağ İnterlə oyunun favoritidir09 dekabr
9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu
BAKU 2020
Neftchi fan shop