Makedoniya Azərbaycan ilə matçın favoritidi
15 noyabr 2013 11:45
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə U-21-lər arasında AÇ-2015-in seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı oyunlara pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycanın gənclər yığmasının Makedoniya ilə oyundakı şanslarını da dəyərləndirib.
Belə ki, “Topaz” bu gün keçiriləcək görüşdə meydan sahiblərini daha şanslı sayır.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
AÇ-2015-in seçmə mərhələsi
8-ci qrup
15 noyabr
Makedoniya - Azərbaycan (1.75 – 3.30 – 3.60)