Qarabağ - aşkar autsayder
29 avqust 2013 12:12
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycanın bu turnirdəki yeganə təmsilçisinin də qələbə qazanmaq şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” “Qarabağ”ı Almaniya “Eintracht”ı ilə səfər oyununda aşkar autsayder hesab edir.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
29 avqust
Eintracht – Qarabağ 1.10 – 6.00 – 12.00