Gefle Qarabağ ilə oyunun favoritidi
6 avqust 2013 00:32
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycanın bu turnirdəki yeganə təmsilçisinin də qələbə qazanmaq şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” “Qarabağ”ı İsveç “Gefle”si ilə səfər oyununda favorit hesab etmir.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
8 avqust
Gefle - Qarabağ 2.15 – 3.20 – 2.75