Olimpiyaçılarımız üçün daha bir sınaq
20 iyun 2016 13:45
İyulun 9-10-da Lüksemburqda taekvondo üzrə açıq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi 3 olimpiyaçımız - Milad Beiqi Harçeqani (80 kq), Radik İsayev (+87 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək.
Qeyd edək ki, 4-cü olimpiyaçımız Patimat Abakarova (53 kq) hazırda Koreyada təlim-məşq toplanışı keçir. O ölkəmizə iyulun 8-də qayıdacaq.