Avropa çempionatının ilk günü taekvondo yığmamız üçün uğursuz oldu
Ötən gün taekvondo üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçirilən qitə çempionatının ilk günü 4 idmançımız mübarizəyə qatılıb.
Yarışın birinci günü komandamız üçün uğursuz alınıb. -54 kq çəki dərəcəsində mübarizəyə qatılan İlham Əliyev Mixail Artamanova (Rusiya) (3-12), İlayda Kardelen Çiftçi (-46 kq) isə ukraynalı idmançı İrina Romaldanovaya (0-1) ilk döyüşlərində məğlub olub.
Onlardan fərqli olaraq Məmmədalı Quliyev (-58 kq) start görüşündə erməni rəqibi Haykaz Samvelyanlı (1-0) minumal hesabla məğlub edib. Növbəti mərhələdə Belçika təmsilçisi Salaheddin Bensaleh (9-13) keçilməz olub. Digər idmançımız Məcid Sofiyev (-54 kq) böyük britaniyalı Hassan Heidara (1-0) qalib gəlsə də, Stanislav Denisova (Rusiya) (1-5) yenilərək yarışı erkən başa vurub.
Avropa çempionatının ikinci günü millimizin daha 4 üzvü mübarizəyə qatılacaq. Kişilər arasında 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov, 68 kq çəki dərəcəsində isə I Avropa Oyunlarının qalibi Ayxan Tağızadə, qadınlardan isə Patimat Abakarova və Gülhanım Yeşildal ( hər iksis -53 kq) dayanq üzərinə çıxacaq.