Taekvondoçularımız ilk günü 4 medalla başa vurdular
22 aprel 2016 12:20
Konya şəhərində təşkil edilən ənənəvi “Rumi” Uşaq İdman Oyunlarının ilk günündə yeniyetmə taekvondoçularımız 4 bürünc medala layiq görülüb. Azerisport.az xəbər verir ki, yığma komandanın üzvlərindən oğlanlar arasında -37 kq çəki dərəcəsində Raul Əsədli, Cavad Ağayev (-53 kq),qızlar arasında isə Röya Süleymanova (-33 kq) və Qönçə Hüseynli (-47 kq) yarımfinal mərhələsinədək inamla irəliləsə də, finala vəsiqə qazanmağa müvəffəq olmayıb və bürünc medala layiq görülüblər.
Xatırladaq ki, ”Rumi” Uşaq İdman Oyunları ənənəvi olaraq Türkiyənin Konya şəhərində keçirilir. Sayca 6-cı olan yarışda, taekvondo idman növü üzrə döyüşlərə Almaniya, Belarus, Ukrayna, Yunanıstan, Türkiyə, Konya şəhər komandasının yeniyetmə taekvondoçuları qatılıblar.