Taekvondo yığmamız Bonnu 1 qızıl, 3 gümüş və 1 bürünc medalla tərk edir
11 aprel 2016 14:40
G-2 kateqoriyalı "DTF Prezidentinin Kuboku" yarışının son günündə yığma komandamızın daha bir üzvü aktivinə bürünc medal əlavə edib. Azerisport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizəyə qatılan Səid Quliyev yarımfinalda məğlub olaraq yarışı fəxri kürsün üçüncü pilləsində başa vurub.
Beləliklə, böyüklərdən ibarət yığma komandamız Almaniyanın Bonn şəhərində təşkil edilən, 1500 taekvondoçunun qatıldığı "DTF Prezidentinin Kuboku"nda 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olub.
Komandamızın üzvlərindən Milad Beigi Hərçəqani (-80 kq) qızıl, Patimat Abakarova (-53 kq), Məcid Sofiyev (-54 kq) və Məhəmməd Məmmədov (-63 kq) gümüş, Səid Quliyev (-74 kq) isə bürünc medalla vətənə dönür.