Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı
19 may 2012 01:31
Mayın 19-da Kiprin Larnaka şəhərində stend atıcılığı üzrə Avropa çempionatı başlayacaq. Azerisport.az xəbər verir ki, çempionatda iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Yarışda baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında Olimpiya çempionumuz Zemfira Meftahətdinova, Xanhüseyn Bağırov, Emin Cəfərov (hər üçü skit), Elçin Babayev və Elvin İsmayılova (hər iksi trap) iştirak edəcəklər.
Baş məşqçi gənclərin mübarizəsində isə Niyaz Əlizadə, Fuad Qurbanov (hər ikisi skit), Əlimirzə Qurbanov və Əli Hüseynlini (hər ikisi trap) sınaqdan keçirəcək.
Mayın 26-dək davam edəcək çempionatda 42 ölkədən 377 idmançı qüvvəsini sınayacaq.