Taranova finala yüksələ bilmədi
14 sentyabr 2016 22:00
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir idmançısı - Yelena Taranova da növbəti sınağına çıxıb.
O, 50 metr məsafəyə qarışıq növdə atəşaçma yarışlarında gücünü sınayıb. Amma təsnifat yarışında 503 xal toplaya bilən Yelena 34 idmançı arasında 27-ci olub və finala çıxa bilməyib.