Elşən Hüseynov Rioda 232 kq-ın öhdəsindən gələ bilmədi
14 sentyabr 2016 18:20
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan atleti Elşən Hüseynov da mübarizəyə qoşulub.
O, 107 kq çəki dərəcəsində pauerliftinq yarışlarında qüvvəsini sınayıb.
Hüseynov ilk cəhdində 232 kq sifariş etsə də, onun öhdəsindən gələ bilməyib.