Dmitri Saley Rioda gümüş medal qazandı
14 sentyabr 2016 02:10

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan üzgüçüsü Dmitri Saley Braziliyada üçüncü sınağına çıxıb.
O, 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında çıxış edir. Təsnifat mərhələsindən mübarizəyə başlayan idmançımız öz yarımqrupunda 1:08.68 dəqiqəlik nəticə ilə birinci yeri tutaraq, finala yüksəlib.
Finalda idmançımız daha uğurlu çıxış edib. 1:08.80 dəqiqəlik nəticə Dmitriyə gümüş medal qazandırıb. Bu, Azərbaycanın Rioda yeddinci medalıdır.
Qeyd edək ki, D.Saley Riodakı ilk cəhdində 200 metr məsafəyə kompleks üsulla üzmədə 4-cü, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə isə beşinci olmuşdu.