Azərbaycan Braziliya və Özbəkistan ilə duelə niyə qatılmayıb?
13 sentyabr 2016 15:30
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, ötən gün Azərbaycan yığması 4x100 metr məsafəyə estafet yarışlarında qüvvəsini sınamalı idi.
Qeyd edək ki, millimizin heyətində Kamil Əliyev, Elçin Muradov, Elmir Cəbrayılov, Oleq Panyutin mübarizə aparacaqdı. Komandamız Özbəkistan və Braziliya komandaları ilə yarışacaqdı. Amma millimiz bu yarışda starta çıxmayıb. Əldə etdiyimiz məlumata görə, komandamızın üzvlərindən K.Əliyev zədələnib. Ona görə də komandamız mübarizəyə qoşulmayıb.