Yelena Çebanudan Rioda 2-ci medal!
12 sentyabr 2016 19:00

Rioda təşkil olunan Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların növbəti günündə Azərbaycan atleti Yelena Çebanu 200 metr məsafəyə qaçış yarışlarında gücünü sınayıb.
Təsnifatda məsafəni 24.16 saniyəyə qət edən idmançımız qrupda birinci yeri tutaraq final mərhələsinə yüksəlib. Həlledici yürüşdə isə o, 23.80 saniyəlik nəticə göstərib. O, bu nəticə ilə Kuba və Ukrayna idmançılarının ardından üçüncü yeri tutub. Nəticədə, Çebanu Rioda daha bir medal - bu dəfə bürünc qazanıb.
Qeyd edək ki, Çebanu 100 metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.
Bütövlükdə isə Azərbaycan Rio Paralimpiadasında 6-cı (1-3-2) medalını əldə edib.