Muradov yarımfinala vəsiqə qazana bilmədi
10 sentyabr 2016 17:30
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan atletika yığmasının daha bir üzvü qüvvəsini sınayıb.
Kişilərin 100 metr məsafəyə qaçışında Elçin Muradov medallar uğrunda mübarizəyə qoşulub. Azərbaycanlı paralimpiyaçı uğurlu çıxış edəcəyi halda sentyabrın 11-də baş tutacaq yarımfinalda iştirak hüququ qazanacaqdı. Amma o, təsnifat yarışında diskvalifikasiya olunub və yarımfinala çıxa bilməyib.
Qeyd edək ki, Muradov Riodakı ilk cəhdində uzunluğa tullanma yarışlarında iştirak etmiş və 5-ci yerlə kifayətlənmişdi.