Əliyev gümüş medal qazandı
10 sentyabr 2016 20:00
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan atletika yığmasının üzvləri - Oleq Panyutin və Kamil Əliyev də mübarizəyə qoşulub.
Onlar uzunluğa tullanma yarışlarında qüvvələrini sınayıblar. Panyutin 6,88 m nəticə ilə yeddinci olub. Əliyev isə 7.05 metr nəticəyə imza ataraq, ikinci yeri tutub və gümüş medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın Rioda qazandığı beşinci (1-3-1) medaldır.