Uğursuz üç cəhd
11 sentyabr 2016 01:20
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan pauerliftinq yığmasının üzvü Əhməd Razm Azar da mübarizəyə qoşulub.
65 kq çəki dərəcəsində yarışan idmançımız mükafatçılar sırasına düşməyə çalışsa da, buna nail ola bilməyib. 12 idmançının qatıldığı yarışda təmsilçimiz öncə 180 kq sifariş etsə də, bunun öhdəsindən gələ bilməyib. O, ikinci cəhdində də bu çəkini qaldırmağı bacarmayıb. Bundan sonra 182 kq sifariş eməyə qərar verən Azar yenə istəyinə çata bilməyib.