Taranova dördüncü oldu
9 sentyabr 2016 19:30
Rio-de-Janeyroda təşkil olunan Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların ikinci günündə daha bir Azərbaycan idmançısı mübarizəyə qoşulub.
Yelena Taranova 10 metr məsafəyə tapançadan atəşaçmada yarışıb. 370 xal toplayan təmsilçimiz 19 idmançı arasında beşinci yeri tutaraq finala yüksəlib.
Finalda isə o, dördüncülüklə kifayətlənməli olub.