Roman dördüncü, Dmitri beşinci oldu
9 sentyabr 2016 09:00

Rioda Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların ilk günündə üzgüçülük yığmamızın üzvləri - Dmitri və Roman Saley qardaşları da mübarizəyə qoşulublar.
100 metr məsafəyə batterflay üsulu ilə üzgüçülükdə yarışan idmançılarımız 20 iştirakçı arasında 8 ən güclü sırasına düşə biliblər. Dmitri təsnifatda 58,83, Roman isə 58,40 saniyəlik nəticəyə imza atıb. Hər iki idmançımız finala vəsiqə əldə edib.
Finalda Roman (58,11) dördüncü, Dmitri (58,16) beşinci olub.