Elçin Muradov Rioda 5-ci oldu
8 sentyabr 2016 20:00
Bu gün Yay Paralimpiya Oyunları start götürüb.
Azerisport.az xəbər verir ki, ilk yarış günündə atletika yığmamızın üzvü Elçin Muradov da mübarizəyə qoşulub.
O, uzunluğa tullanma yarışlarında qüvvəsini sınayıb. İlk cəhdində 5,7 metr nəticə göstərən idmançımız sonrakılarda 5,88 m, 5,89 m, 5,95 m və 6,09 m məsafəyə tullanıb. Beləcə, ən yaxşı göstəricisi 6,09 m olan Muradov 11 idmançı arasında beşinci yeri tutub.