Bu gecə Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gecə Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Azerisport.az xəbər verri ki, açılış mərasimində azərbaycanlı izləyicilər üçün sürpriz də hazırlanıb.
Bu gecə keçiriləcək açılış mərasimi ilə 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları start götürəcək. Yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15-də) başlanacaq mərasim “Marakana” stadionunda təşkil ediləcək.
Rio 2016 XV Yay Paralimpiya Oyunlarında 160 ölkədən, 23 idman növündə, 4022 idmançı mübarizəyə qoşulacaqlar.
Tədbir zamanı Azərbaycanın bayrağını cüdo üzrə ikiqat paralimpiya çempionu, “Bakı-2015” Birinci Avropa Oyunlarının qalibi, eləcə də 2 qat dünya və 6 qat Avropa çempionu İlham Zəkiyev aparacaq. Üstəlik, açılış mərasimində azərbaycanlı izləyicilər üçün sürpriz də hazırlanıb.