Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırıldı
5 sentyabr 2016 19:20

Bu gün Rio-de-Janeyro şəhərinin paralimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə paralimpiyaçı idmançılarla yanaşı Azərbaycandan gəlmiş qonaqlar və Azərbaycanın Braziliyadakı səfirliyinin nümayəndəsi iştirak edib.
Tədbirin sonunda Azərbaycan paralimpiyaçılarının missiya rəhbəri Şaiq Həmidov rəmzi olaraq Paralimpiya kəndinin rəhbərliyinə Azərbaycan xalçaçılıq sənətinin nümünəsi kimi kiçik ölçülü nəfis şəkildə toxunmuş xalça təqdim edib.