Azərbaycan Olimpiya rekordunu yenilədi
Azərbaycan idmançıları Rio yay Olimpiya Oyunlarında yeni rekorda imza atıblar. Azerisport.az xəbər verir ki, ölkəmiz bu turnirdə 18 medal qazanıb.
Onun 1-i qızıl, 7-si gümü, 10-u isə bürüncdür.
Çempion adını qazanan yeganə idmançımız taekvondoçu Radik İsayev olub.
Cüdoçulardan Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq), güləşçi Mariya Stadnik (48 kq), kanoeçi Valentin Demyonenko (200 m), sərbəst güləşçilərimiz Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), eləcə də Lorenso Sotomayor (64 kq) gümüş medal qazanıblar.
Kayaçımız İnna Osipenko-Radomskaya (200 m), yunan-roma güləşçimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq), taekvondoçu Patimat Abakarova (49 kq) və Milad Harçeqani (80 kq), güləşçi Nataliya Sinişin (53 kq), boksçu Kamran Şahsuvarlı (75 kq), sərbəst güləşçimiz Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) bürünc medal qazanıblar.
Azərbaycanın Olimpiadalarda bundan əvvəlki ən yaxşı nəticəsi London-2012-də qeydə alınmışdı: 2-2-6.