Sotomayor erməniyə qalib gəlib, finala yüksəldi
Rioda təşkil olunan Yay Olimpiya Oyunlarında boks yarışlarında həlledici döyüşlər davam edir.
Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Lorenso Sotomayor bu gün yarımfinal görüşü üçün rinqə çıxıb.
64 kq çəkidə mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb.
Birinci Avropa Oyunlarının qalibi rəqibini hər üç raundda məğlub edib. Bununla da, təcrübəli boksçumuz Azərbaycan boks tarixində yeni səhifə açıb. Çünki hələ Olimpiya Oyunlarında indiyədək idmanın boks növündə Azərbaycanın heç bir idmançısı finala çıxmayıb. Avqustun 21-də finala çıxacaq idmançımızın rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.
Boks yığmamızın hesabında isə hələlik, bir bürünc medal var. Komandamıza bu mükafatı Kamran Şahsuvarlı qazandırıb.