Fotoreportaj|Video|На русском

Rio-2016

Elçin Zeynalov: Onlar etimadı doğrultdular

19 avqust 2016 02:30

Bu günlərdə avarçəkmə idmanında iki idmançımız olimpiya medalı qazandı. Azerisport.az xəbər verir ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov komandamızın bu uğuru barədə fikirlərini bölüşüb:

- Nəhayət ki, neçə il gözlədiyimiz uğur gəldi. Avarçəkmədə medal qazanıldı və birdən-birə iki fərqli növdə. Federasiya rəhbəri olaraq bununla bağlı təəssüratlarınızı öyrənmək istəyirik.
- İlk növbədə hamını təbrik edirəm. Böyük qələbədir. Bildiyiniz kimi biz London olimpiadasında da iştirak etmişdik. Həm akademik avarçəkmədə, həm kanoedə. Bu il də qadınlar arasında kayak və kayak-slalom əlavə olundu. Mən belə düşünürəm ki, Riodakı medallarımız çox böyük nəticədir – üç finalçımız oldu, bir gümüş, bir bürünc medal qazandıq.

Bu, Azərbaycan tarixində ilk dəfədir, gözəl göstəricidir və mən şübhə etmirəm ki, bunun sayəsində gələcəkdə avarçəkmə idman növü daha populyar, daha çox sevilən idman növünə çevriləcək.

- Yəqin ki, öncədən də bir federasiya rəhbəri kimi medal gözləyirdiniz. Ancaq birdən-birə iki medal gözləyirdinizmi?
- Mən, ümumiyyətlə, olimpiadada proqnoz verməyin qəti tərəfdarı deyiləm. Çünki, mən artıq üçüncü olimpiadada iştirak edirəm və görürəm ki, proqnozların əksəriyyəti heç biri təsdiqini tapmır. Götürək elə kanoeni. Yadınızdadırsa keçən il Mingəçevirdə Avropa Oyunları zamanı Litva idmançısı birinci yeri tutmuşdu, Valentin Demyanenko 3-cü yerdə idi. Ancaq fikir verin, bu il həmin o idmançı finala belə çıxa bilmədi. Həmçinin Krayter. Gənc perspektivli idmançıdır, vaxtilə Azərbaycan bayrağı altında çıxış edib. Bu il o, dünya çempionatında qalib oldu. Halbuki, həmin çempionatda Valentin Demyanenko heç final mərhələsinə yüksələ bilməmişdi. Ancaq burada gördüyünüz kimi, Braziliyadan, Gürcüstandan tam yeni idmançılar necə müvəffəqiyyət qazandılar. Yəni, olimpiadada proqnoz vermək düzgün deyil. O ki, qaldı bizim idmançılara, şübhəsiz ki, bunlar adlı-sanlı idmançılardır. Demyanenko 3 dəfə dünya çempionu və 4 dəfə Avropa çempionudur, Osipenko-Radomskaya 5 dəfə olimpiya oyunlarında medal qazanıb, onlardan biri qızıl medaldır. Bu idmançılardan hamı hər bir zaman nəsə bir nəticə gözləyir. Onlar da bizim etimadımızı doğrultdular.

- Demyanenko ilə söhbət edəndə, dedi ki, Tokioda artıq onun medal qazandığı növ olmayacaq.
- Bəli, Tokioda kişilər arasında kanoedə 200 metr məsafə ləğv olunur və onun yerinə qadınlar arasında bu məsafəyə yarışlar daxil ediləcək. Kişilər isə ancaq tək, eləcə də iki nəfərlik kanoedə 1000 metrdə yarışacaqlar.

- Valentin dedi ki, mən gərək ya növümü dəyişim, ya da karyeramı başa vurum. Federasiya bununla bağlı hansı addımları ata bilər?
- Bizim artıq gənc perspektivli idmançılarımız var. İdman rəqabət tələb edir. Federasiya hər cür şərait yaradacaq. Əgər Valentin bu yaşda bu rəqabətə dözə bilsə, yarışacaq, dözə bilməsə, yolu gənclərə verməlidir.

Söhbətləşdi: Qabil Mehdiyev ("İdman")

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah