Kamran Şahsuvarlı bürünc medalla kifayətləndi
18 avqust 2016 22:10

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün boks yığmamızın daha bir üzvü Olimpiadada növbəti görüşünə çıxıb. Söhbət Kamran Şahsuvarlıdan gedir.
75 kq çəki dərəcəsində yarışan boksçumuz yarımfinalda kubalı Arlen Lopeslə qarşılaşıb. 0:3 hesabıyla məğlub olan Şahsuvarlı finala yüksələ bilməyib. Halbuki, o, buna nail olan ilk Azərbaycan boksçusuna çevrilə bilərdi.
Yarımfinalda uduzmasına baxmayaraq, Kamran yığmamızın hesabına bürünc medal yazdırıb.