Elvin Məmişzadə mübarizəni dayandırdı
17 avqust 2016 23:00

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan boksçusu Elvin Məmişzadə (52 kq) ikinci görüşünə çıxıb.
1/4 final mərhələsində Asiya çempionatının ikincisi, özbəkistanlı Şaxobidin Zoirovla qarşılaşan dünya çempionu, birinci Avropa Oyunlarını qalibi Elvin Məmişzadə rəqibinə məğlub olaraq Rio-2016-da mübarizəni dayandırıb.