İbrahimov Rioda 19-cu oldu
17 avqust 2016 18:00

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün yüngül atletika yığmamızın üzvü Hayle İbrahimov da mübarizəyə qoşulub.
O, 5000 metr məsafəyə qaçış üzrə təsnifat yarışlarında 13:27.11 dəqiqəlik nəticə göstərib. Bu, birinci yarımqrupda 25 atlet arasında yeddinci nəticə olub.
Bütövlükdə isə təsnifat mərhələsində iki yarımqrupda 51 atlet mübarizə aparıb. Yekunda 19-cu yeri tutan İbrahimov mərhələ adlaya bilməyib.
Qeyd edək ki, İbrahimov London Olimpiadasında da Azərbaycanı təmsil etmiş və 5000 m məsafəyə qaçışda 9-cu yeri tutmuşdu.