Sotomayor medal qazandı
17 avqust 2016 01:33

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, boks yarışlarında Azərbaycanı təmsil edən Lorenso Sotomayor bu gün Olimpiadada üçüncü döyüşünə çıxıb.
Onun bu dəfəki rəqibi kubalı Yasne Toledo olub. 64 kq çəki dərəcəsində baş tutan döyüş idmançımızın qələbəsi ilə bitib - 3:0.
Nəticədə, Sotomayor adını 1/2 finala yazdırıb.