Fotoreportaj|Video|На русском

Paralimpizm

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

9 sentyabr 2024 11:39
Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Azerisport.az xəbər verir ki, bu dəfə Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında idmanın 15 növü üzrə 48 idmançı ilə təmsil olundu.  Ölkəmiz bu oyunlarda 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazanaraq olimpiadanı 30-cu yerdə başa vurdu. Qızılsız qaldığımız əvvəlki olimpiadanın nəticələrinə baxdıqda, ümumilikdə, medal sayına və əyarına görə bu dəfə yaxşı nəticə göstərmişik.
Ənənəvi olaraq heyət ölkəyə qayıdan kimi idmançıların hər biri layiq olduğu mükafatını aldı və hələ də almaqda davam edir. Əlbəttə, dünyanın digər başında bizi sevib-sevməməyindən asılı olmayaraq, ölkəmiz, millətimiz adına hamını Azərbaycan himnini dinləmək üçün ayağa qalxmağa məcbur edən hər kəs mükafata layiqdir və bu onların hər birinin halal haqqıdır.
Yeri gəlmişkən, burada kiçik bir haşiyə çıxım, çünki bununla bağlı bəzi fikirlərə rast gəlmişəm: bəziləri deyir ki, niyə başqa sahələrdə deyil, məhz idmanda qaliblərin zəhməti bu qədər yüksək qiymətləndirilir. Məsələn, niyə alimimiz, həkimimiz, yaxud rəssamımız ölkədən kənarda öz sahəsi üzrə hansısa mötəbər müsabiqələrdə, yarışlarda qalib olduqda belə bu dərəcədə maddi və mənəvi diqqət görmürlər? Əlbəttə, burada hansısa məntiq axtaranda kimlərsə, daha doğrusu, zəkasının gücünə güvənən kəsim məyus ola bilər. Amma idmana münasibətdə bu ənənəni biz, yəni ümumilikdə, insanlar yaradıb və düşünürəm, heç də ədalətsiz deyil. Əvvəla, idman son dərəcə kütləvidir. Bu mənada, onunla rəqabət aparan ikinci sahə yoxdur. Sonrası da ki, idman sadəcə, fiziki aktivlik, yaxud əl-qol hərəkətləri deyil. İdmanda hər şey var: sevgi də, qürür da, kədər də, məyusluq da, göz yaşı da, dostluq da və nəhayət, böyük pullar da. İdman özü bu dünyanın içində ayrıca bir dünyadır.
Nəsə, sözümün canı başqadır. Qayıdaq mükafat yerinə. Yəni çox şadıq ki, adımızı səsləndirib bayrağımızı ucaldan hər bir idmançımızı layiqincə dəyərləndirə bilirik. Qısaca qeyd edək ki, Parisdən qızılla qayıdan medalçılarımızın hər birinə 600 min manat, məşqçisinə 300 min manat, gümüşlə gələn idmançıya 300 min manat, məşqçisinə 150 min manat, gücü bürüncə çatan idmançıya 150 min manat, məşqçisinə 75 min manat verildi. Sözümün canı da bax elə buralardadır. Keçək paralimpiyadıçılarımıza.
Parisə yollanan 19 paralimpiyaçımız 11 medal qazanıb: 4 qızıl, 2 gümüş, 5 bürünc. Olimpiyaçılarımızla müqayisdə daha uğurlu nəticə, daha çox medal. Və ayrı-seçkilik salmaq kimi çıxmasın, olimpiadadakı idmançılarla müqayisədə hər biri (Raman Saleyi çıxmaq şərti ilə - NH) doğrudan da, özümüzünkü: yəni ölkə başçısının verdiyi mükafata rişxənd edəcək qədər bizdən kənar, legioner deyillər, necə deyərlər adı, soyadı üstündə olan xalis öz idmançılarımızdır.
Onların mükafatı bu il nə qədər olacaq, hələ bilinmir, amma bundan əvvəlki Tokio paralimpiyasından sonra birinci yeri tutan hər bir idmançıya əsas mükafat olaraq, 200 min, onun məşqçisinə 100 min manat, ikinci yeri tutan hər bir idmançıya 100 min, onun məşqçisinə 50 min manat, üçüncü yeri tutan hər bir idmançıya 50 min, onun məşqçisinə 25 min manat verilmişdi. Böyük ehtimal bu il də belə olacaq. 
Bəli, mən diqqəti olimpiyaçılarla paralimpiyaçıların mükafatları arasındakı fərqə çəkmək istəyirəm. Onların mükafatları arasında niyə bu qədər, ümumiyyətlə, niyə fərq olmalıdır ki? Bu fərqin bəlkə də hansısa riyazi və s. səbəblərlə bağlı izahı var, deyə bilmərəm, amma istənilən halda hər ikisi idmançıdır, hər ikisi eyni dərəcədə istəkli və əzmkardır, hər ikisi saatlarla, qan-tər içində məşq edir və s.  Bu qələbələr kimə asan başa gəlir ki?
Doğrudur, əksər dünya ölkələrində onların qələbələrinin qiyməti fərqli dəyərləndirilir. Amma bəzi ölkələr ədalətli olaraq, ayrı-seçkilik etmir. Məsələn, ABŞ hər ikisinin qızılına görə 37 min dollar, gümüşə 22 min, bürüncə 15 min dollar verir. İspaniya və Kanada da artıq onların mükafatı arasındakı fərqi götürəcəyini, hər ikisini eyni şəkildə mükafatlandıracağını elan edib. Avstraliya da bu ədalətsiz streotipi qırmağa doğru gedir. Başlanğıc üçün bütün idman növlərində olmasa da, bəzilərində olimpiya qaliblərinə verldiyi qədər mükafat təyin edib: qızıl medala görə 20 min dollar, gümüş medala görə 15 min dollar, bürünc medala görə isə 10 min dollar. Dünya rekordunu qırmaq üçün bonus kimi 30.000 ABŞ dolları müəyyən edilib. Tədricən, digər ölkələrin də bu sıraya qoşulacağına inanmaq istəyirəm. Bu sırada ölkəmizi də görəcəyimə isə ümid edirəm. Cəmiyyət olaraq, onların hər mənada eyni hüquqlara malik olduğunu deyir və bunu təbliğ ediriksə, bu və buna bənzər məsələlərdə ədalətli davranmalıyıq. Yəni sözdə deyil, əməldə.
Bir hekayə də danışım və bununla yekunlaşdırıram. Bir dəfə yol gedərkən taksi sürücüsü danışdı ki, bəs xanım, sizdən əvvəlki sərnişinim əlil arabasında idi. Evindən götürüb aparıb işə qoydum. Bunu dedikdən sonra orta yaşlı sürücünün səsi dəyişdi. Başa düşdüm ki kövrəlib. Mən səbəbini soruşmamış dedi ki, bəs belə şey olar? Deməli, o dolana bilmir, deməli, məcburdur ki, o vəziyyətdə, arabada ola-ola işləyir. Yol boyu sürücüyə qəbul etdirə bilmədim ki, o da bizim kimi işləmək hüququna malikdir və nə yaxşı ki, işi var. İş bizim üçün nədirsə, onun üçün 5 dəfə artığıdır. Təki hamısı işləsin, təki onlar da rahatca kafedə, ticarət mərkəzlərində hərəkət etsinlər və s. Sürücü axıradək razılaşmadı, bu öz yerində. Amma əminəm ki, onunla eyni fikirdə olan kəsim az deyil. Ümumi yanaşma budur. Təəssüf ki, bu yanaşma ilə paralimpiyaçıların mükafatlarının fərqli məbləği arasında kədərli bir əlaqə görürəm. 
Bu mövzuya 2028-ci ildə qayıtmamaq ümidi ilə…
Nüşabə Hüseynli

Другие новости этого раздела

9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur
Arxiv
Sabah