26 paralimpiyaçımız qran pri turnirinə yola düşdü
14 mart 2016 18:30
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika üzrə paralimpiya milli komandası bu gün Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərinə yola düşüb. Azerisport.az xəbər verir ki, atletika üzrə paralimpiya milli komandamız 16-21 mart tarixində Dubayda keçiriləcək 8-ci “FƏZZA” Qran-Pri turnirinə qatılacaq.
Rio-2016 Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 26 idmançımız qüvvəsini sınayacaq.
Onlar arasında Paralimpiya Oyunlarının mükafatçıları, beynəlxalq yarışların qalibləri, eyni zamanda dünya rekordçusu var.
Xatırladaq ki, paralimpiyaçılarımız Brazilyada keçiriləcək yay paralimpiya oyunlarına bu günə qədər 16 lisenziya qazanıblar.