Dmitri Saley qızıl, Roman Saley gümüş medal qazandı
27 fevral 2016 13:30
Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə idmançıları 23-29 fevral 2016-cı il tarixlərində Hollandiyanın Haaqa şəhərində keçirilən Qran Pri yarişlarında ilk medalları qazanıblar. Azerisport.az xəbər verir ki, 50 metr sərbəst üsülla üzmə (krol) növündə Roman Saley 24.74 nəticəsi ilə gümüş, Dmitri Saley 24.42 nəticəsi ilə qızıl medalları qazanıblar. Yarışlar davam edir.