Dmitri və Roman Saley qran-pri turnirinə yollandı
23 fevral 2016 14:45
Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə idmançıları Dmitri və Roman Saley 23-29 fevral 2016-cı il tarixlərində Hollandiyanın Haaqa şəhərində keçiriləcək qran-pri yarışında iştirak etmək üçün bu gün səfərə yollanıblar. Azerisport.az xəbər verir ki, yarış aprel ayında Portuqaliyada keçiriləcək Avropa çempionatına lisenziya qazandırır.